Agentlikdən Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

Agentlikdən Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi Yeni il hədiyyələri ilə bağlı əhaliyə xəbərdarlıq edib.

AQTA-dan Oxu.Az-a bildirilib ki, hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

“Məhsullardan götürülən nümunələr agentliyinin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, AQTA əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər aparılır. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır”.

Agentlikdən qeyd edilib ki, Yeni illə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı olaraq həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var:

“İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq, onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur”.

“Hazırda bu istiqamətdə Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb. Əgər vətəndaşlarda Yeni il hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaranarsa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 189 24.12.18 18:47