Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.
Bunu oxu.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, bu barədə ötən gün təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb:
“Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra etməklə, nazir müavini postunda da qalacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, noyabrın 15-də Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.
Rektor səlahiyyətlərinin icrası isə bir ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.