Xırdalana girişdə acınacaqlı vəziyyət - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Xırdalana girişdə acınacaqlı vəziyyət - VİDEO

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra ərazilərində yollarda hərəkət iflic olub.

Median.Az
-ın məlumatına görə, Xırdalan şəhəri ərazisinə gedən yolda iri həcmli gölməçələr yaranıb.


Yağış suları avtomobillərin hərəkətinə mane yaradıb. Paytaxt sakinləri yolların vəziyyəti ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edir.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Xırdalan şəhərində yağışın yollarda yaratdığı problemə aydınlıq gətirib. O bildirib ki, həmin ərazilərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər aparılır:

“Bir neçə gün davam edən yağışlı hava şəraiti nəticəsində Xırdalan şəhərinin bir neçə küçəsində yığılan yağış suları avtomobillərin hərəkətinə təsir göstərib. Ərazinin Nizami Gəncəvi küçəsində qazıntı işləri yekunlaşıb və asfalt örtüyü çəkilib.

Lakin bəzi küçələrdə hələ də işlər yekunlaşmayıb. Bir neçə küçədə yollar işlər tam yekunlaşana qədər müvəqqəti olaraq torpaq və şebel ilə örtülüb. Hava şəraiti ilə əlaqədar işləri tam yekunlaşdırdıqdan sonra yolların asfalt örtüyü çəkiləcək”.

Xatırladaq ki, Xırdalan şəhərində mövcud içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri görülür. Tikinti-quraşdırma işlərinin tam şəkildə 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Həmin video görüntüləri təqdim edirik:


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 132 21.12.18 15:50