Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirilib.
Qurultayda təşkilati məsələlərə baxılıb və quruma yeni sədr seçilib.
Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.
Asif Cahangirov icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.
Qeyd edək ki, bu günə kimi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sədrlik edirdi.//oxu.az