Daşkəsən rayonunun Almalı kəndində kişinin meyiti parçalanmış şəkildə tapılıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Almalı kənd İcra nümayəndəsinin sədri Səlim Ələsgərov bildirib.
Onun sözlərinə görə, hadisə barədə dünən xəbər tutublar:
“1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlu evində tənha yaşayırdı. Kənd meşəyə yaxın ərazidə yerləşir. Həmin kənddə ondan başqa kimsə yaşamırdı. Mərhum uzun illərdir orda tək yaşayırdı.
Meşədə heyvan otaran şəxs Bəndərin cəsədini evində çarpayıda uzanıqlı vəziyyətdə tapıb. Onun baş nahiyəsi döşəməyə tərəf sallanmış və vəhşi heyvan tərəfindən parçalanmış vəziyyətdə olub”.
Hazırda faktla bağlı araşdırma aparılır.