Millət vəkillərinə yubiley medalı veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Millət vəkillərinə yubiley medalı veriləcək

Milli Məclis (MM) qış tətilinə hazırlaşır.

Parlamentin 2018-ci il payız (qış) sessiyası yaxın günlərdə öz işini başa vuracaq.

Millət vəkilləri bu sessiyada sonuncu dəfə ayın 28-də keçiriləcək plenar iclasda bir araya gələcəklər.

İclasda bir neçə məsələnin müzakirəsi, o cümlədən, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı MM-in dünya azərbaycanlılarına müraciətinin qəbul edilməsi nəzərdə tutulur.

Həmçinin iclasda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı təsis edilmiş yubiley medalının millət vəkillərinə təntənəli şəkildə təqdim edilməsi gözlənilir.

İclas öz işini sonda spiker Oqtay Əsədovun sessiyanın yekunlarına həsr olunmuş hesabatının təqdim edilməsi və dövlət himninin oxunması ilə yekunlaşdıracaq.

Millət vəkilləri bir də 2019-cu ilin yanvar ayın 15-20-si arasında tətildən geri dönəcəklər. Belə ki, həmin vaxt MM-in 2019-cu il yaz sessiyası ilə bağlı komitə iclasları öz işinə start verəcək.

Sessiya isə fevralın 1-də ilk plenar iclasla açılışını elan edəcək.

Qeyd edək ki, sessiyada bir sıra yeni qanunlarla və ya mövcud qanunlara dəyişikliklərlə yanaşı, Nazirlər Kabinetinin (hökumətin) son bir illik fəaliyyəti ilə bağlı hesabatı, Ombudsmanın, Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin, İnsan alverinə qarşı mübarizə ilə bağlı Milli Koordinatorun hesabatları müzakirə ediləcək, dinləniləcək və qəbul olunacaq.

Hökumətin hesabatını baş nazir Novruz Məmmədov, Ombudsmanın hesabatını Müvəkkil Elmira Süleymanova, ƏN-in Bələdiyyələrlə İş Mərkəzinin hesabatını ədliyyə nazirinin müavini Vilayət Zahirov, Milli Koordinatorun hesabatını isə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 836 20.12.18 11:50