Yeni ilə sayılı günlər qalıb. Bu da o deməkdir ki, bayram bazarlıqları artıq başlayıb. Görəsən, hazırda qiymətlər necədir?
Məhz bunu öyrənmək üçün üz tutduq paytaxt bazarlarından birinə. Satıcılar bildirdi ki, əvvəlki illərdən fərqli olaraq, bu il elə də qiymət artımı müşahidə olunmur. Alıcılıq qabiliyyəti isə aşağıdır.
Bayram süfrəsini plovsuz təsəvvür etmək olmur. Bazarda hər növ düyülərə rast gəlmək mümkündür. Çeşiddən asılı olaraq qiymətlər də dəyişir.
Quru meyvələrin qiymətləri də müxtəlifdir.
Bayramda daha çox alınan naringidir. Bu meyvənin qiymətləri bir-altı manat arasında dəyişir.
Median.Az Baku TV-nin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edir: