Bakıda Yeni illə bağlı Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə icazənin verilməsi rüsumu məlum olub.
Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən oxu.az-a verilən məlumata görə, Şaxta baba və Qar qız olmaq üçün icazə rüsumu 60 manatdır:
“Qiymət 2017-ci illə eynidir. Hələlik Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb”.
Qeyd edək ki, 2014-cu ildə 50, 2015-ci ildə 37, 2016-ci ildə 17 nəfərə Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün icazə verilib.