İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 69 min 645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə görə 9 milyon 967 min 730 nəfərə çatıb.
Ölkə ərazisində bir kvadrat kilometrə düşən əhali sayı 115 nəfər olub.
Əhalinin 52,9 faizi şəhər, 47,1 faizini kənd sakinləridir. Azərbaycan vətəndaşlarının 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Təkcə bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 116 min 365 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib.
Körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2236, üçəmlərin sayı isə 96 olub.