“Johnson & Johnson”un bazar dəyəri 39,8 milyard dollar düşüb.
Median.Az-ın CNBC-yə istinadən verdiyi məlumata görə, bu uşaq kirşasının tərkibində sağlamlıq üçün zərərli olan asbestin olması haqqında şirkətin bir neçə ildir xəbərdar olduğu məlum olduqdan sonra baş verib.
Qeyd olunur ki, şirkətin bir sıra sənədlərinin təhlili və məhkəmə ifadələri göstərir ki, 1971-ci ildən 2000-ci illərin əvvəlinə qədər şirkət məhsullarının testləri zamanı tərkiblərində az miqdarda asbestin olduğunu müəyyən edilib.
Daha əvvəl Amerikanın Missuri ştatının məhkəməsi “Johnson & Johnson” şirkətini 22 qadına 4,69 milyard dollar ödəməyə məcbur edib.
Məlum olduğu kimi, həmin qadınlar “Johnson & Johnson” məhsullarından istifadə zamanı onlarda xərçəng xəstəliyini yaranması haqqında şikayət ediblər.