Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Median.Az-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalovun imzaladığı əmrə əsasən, müavini Abid Əliyev vəzifəsindən azad edilib.
Onun yerinə Vüqar Şıxəmmədov təyinat alıb.
Şıxəmmədov məlumatı oxu.az-a təsdiq edib.
Qeyd edək ki, Vüqar Şıxəmmədov Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.