Hər birimiz hər hansı bir əşyanı alan zaman seçim imkanının geniş olduğu müxtəlif bazarlara üz tuturuq. Əsas diqqət yetirdiyimiz məqam aldığımız malın keyfiyyəti ilə bərabər, qiymətinin də ucuz olmasıdır.
Qiymətlərin ucuzluğu ilə seçilən bazarlardan biri də Sabunçu rayonu ərazisində yerləşən və “bit bazarı” adı ilə tanınan ticarət məkanıdır. Bu bazar, eyni zamanda, “rus bazarı”, “cındır bazarı” adları ilə də tanınır. Burada qiymətlərin həddindən artıq ucuz olmasının səbəbi köhnə məhsulların satılmasıdır.
Başqa bazarlarda olmayan malları burada tapmaq mümkündür.
Median.Az sözügedən bazardan fotoları təqdim edir:
//oxu.az