Lerik rayonunda zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, təbiət hadisəsi yerli vaxtla saat 10:52:37-də Lənkəran stansiyasından 23 km şimal-qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3 bal, dərinliyi 14 km olan zəlzələ hiss edilməyib.