Dekabrın 6-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında sahildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında iki nəfərin avarla “kömək edin” işarəsini göstərmələri müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi xidmətindən verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və iki nəfər balıqçı xilas edilib.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayonunun sakinləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfail oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Elnur Eldar oğludur.