Yeni ildən marketlərdə sellofan torbalar pullu olacaq - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |    

Yeni ildən marketlərdə sellofan torbalar pullu olacaq - VIDEO

İnsanların hər gün istifadə etdikləri polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər planı hazırlayıb.

Median.Az
-ın Xezerxeber.az-a istinadən məlumatına görə, plastik tullantılardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Umayra Tağıyeva bildirib ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

U.Tağıyeva vurğulayıb ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur. Bu məqsədlə yaxın dövrdən etibarən polietilen torbalardan istifadə müxtəlif üsullarlarla məhdudlaşdırılacaq.

Umayra Tağıyeva qeyd edib ki, kiçik polietilen torbaların marketlərdə ödənişli olması nəzərdə tutulub. Onun sözlərinə görə, bu qaydanın tətbiq edildiyi ölkələrdə polietilen torbalardan istifadə xeyli azalıb.

Sakinlər də bu torbaların ziyanlı olması barədə məlumatlı olduqlarını, sadəcə məcbur qaldıqlarına görə istifadə etdiklərini deyirlər.

Məhdudlaşdırıcı tədbirlərin davamı olaraq yaxın zamanda ölkədə birdəfəlik istifadə olunan ən kiçik plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 275 29.11.18 12:45