Bakıda polisə müraciət edən qadın qızının qaçırıldığını bildirib.
37-ci Polis Bölməsinə müraciət edən 1982-ci il təvəllüdlü Mahmudova Əzizə Cəlil qızı Şəhlanın yaşadığı Yusif Səfərov küçəsindəki binanın qarşısından Əşrəf adlı şəxs tərəfindən qaçırıldığını deyib. Onun sözlərinə görə, həmin şəxs Şəhlanı evlənmək məqsədi ilə qaçırıb.
Müraciət əsasında araşdırma aparılır. (publika.az)