Deputat Adil Əliyev barəsində yayılan məlumatlara aydınlıq gətirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Deputat Adil Əliyev barəsində yayılan məlumatlara aydınlıq gətirdi

Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev barəsində yayılan məlumatlara münasibət bildirib.

Median.Az-in məlumatına görə, A.Əliyev “report”a açıqlamasında deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir, sadəcə, bəzi şəxslər ona böhtan atır.

O bildirib ki, məsələni hüquqi müstəvidə həll edəcək:

“Bəzi şəxslər adımı mənə aidiyyəti olmayan məsələlərdə hallandırırlar, bir neçə mətbuat orqanı da bundan sui-istifadə edir. Təbii ki, bunlar şərəf və ləyaqətimə ləkə gətirir.
Həmin insanlar şər-böhtan atmaqla məşğuldurlar. Onların mənasız, həqiqətə uyğun olmayan iddialarına, qarayaxma kampaniyalarına əhəmiyyət vermək istəmirdim. Mən susduqca onlar hədlərini aşırlar.

Guya vətəndaşın torpağını mənimsəyib restoran tikdirmişəm. Bu məsələnin, ümumiyyətlə, mənə aidiyyəti yoxdur. Həm də hüquqi dövlətdə yaşayırıqsa, bu, necə ola bilər?

Bu, qohumlarımla bağlı məsələdir, onlar da buna hüquqi müstəvidə, yəni məhkəmə qaydasında aydınlıq gətiriblər. Bəzi mətbuat orqanları bir müddət öncə məhkəmələrdə vətəndaşa və bələdiyyəyə uduzan, torpağın sahibi olduğunu iddia edən Xəzəngül Məmmədovanı yenidən ümidləndirirlər ki, məsələni yenidən ictimailəşdirsin.

Təbii ki, bunun da müqabilində pul alırlar. Qohumlarımla bağlı məsələdə adım niyə hallandırılmalıdır ki? O məsələnin mənə nə aidiyyəti var ki? Bütün bunlara görə məhkəməyə müraciət edəcəm, hər şey qanun çərçivəsində həll edilməlidir”.

Xatırladaq ki, X.Məmmədova “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olmuş Adolf Şilderin oğlu Vüsal Şilderin ölmünə görə həbs edilən (6 il 6 ay) sabiq polis mayoru İlham Məmmədovun anasıdır.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında deputat Adil Əliyevin Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində vətəndaşın torpağını mənimsəyərək restoran tikdirməsi ilə bağlı iddialar yer alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 158 26.11.18 18:15