Alim Qasımovun London səhnəsində rəqsi - VİDEO
Azərbaycanın Xalq artisti Alim Qasımov sevənlərini həm gözəl səsi, həm də qüsursuz rəqsi ilə feyzyab edib.
Noyabrın 15-də Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Londondakı “Sadler Wells” Teatrında konsert proqramı ilə çıxış ediblər.
Teatrlaşdırılmış konsert proqramı xoreoqraf Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına uyğunlaşdırılıb.
Mark Morris rəqs qrupunun və “İpək Yolu” ansamblının qatıldığı konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifaları sürəkli alqışlarla qarşılanıb.
Böyük sənətkar konsertin sonunda qonaqlarla və əcnəbi rəqqaslarla birgə rəqs edib.
Sənətkarın rəqsi tamaşaçıların böyük marağına və sevgisinə səbəb olub.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!