Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayını qanunsuz olaraq ovlayan şəxslər saxlanılıb.
Bunlar İsmayıllı və Ağsu rayonlarının sakinləridir.
İsmayıllı rayonun Tircan kənd sakini Rasid Talıbov, İsmayıllı rayon sakini Rasim Kazımov, Ağsu rayonunun Kalva kənd sakinləri - Nuriyev Mühasib, Nüsrət Səfərov, Asəf Hacıyev Səfər Səfərovdur.
Onlardan ov tüfəngləri və ayının dərisi aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.