Büdcə xərcləri artırılacaq - ÖZƏL » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Büdcə xərcləri artırılacaq - ÖZƏL

Noyabrın 27-də Milli Məclisin (MM) növbəti plenar iclasında 2019-cu ilin büdcə zərfinin ikinci oxunuşda müzakirələri keçiriləcək.

İkinci oxunuşun müzakirələrdən sonra büdcə zərfinə daxil olan qanun layihələri parlamentin noyabrın 30-da keçiriləcək plenar iclasına tövsiyə olunacaq, və sənəd üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul ediləcək.

Büdcə zərfinin ikinci oxunuşunun müzakirələrində bir sıra nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri, o cümlədən, maliyyə naziri Samir Şərifov iştirak edəcək.

2019-cu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır və onun 3-cü oxunuşa kimi təxminən 60-100 milyon manat arasında artırılması gözlənilir.

Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək plenar iclaslarının gündəliyinə ümumilikdə 58 məsələ daxildir.

İclaslarda büdcə zərfinə daxil olan qanun layihələri ilə yanaşı, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” (III oxunuş), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” , “Dərman vasitələri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara, Mənzil, Vergi məcəllələrinə və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə ediləcək.//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 598 26.11.18 12:01