Median.Az A24.Az-a istinadən xəbər verir ki, sözügedən telekanalda yayımlanan "Gəl, dərdini danış” verilişində Saatlının Məzrəli kəndinə ərə gedən gəlin qayınanası tərəfindən evdən qovulduğunu iddia edib. Gəlinin sözlərinə görə, qayınanası həyat yoldaşını evdə dustaq edib və onunla görüşməyə icazə vermir. Verilişin çəkiliş komandası həmin qadınla birlikdə onun gəlin köçdüyü evə gedib. Gəlin evə girər-girməz qayınanasını döyməyə başlayıb. Kadrlar izləyənləri şoka salıb.
Həmin görüntüləri sizə təqdim edirik: