"Gəlib valideynlərinin meyitini də aparmırlar" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

"Gəlib valideynlərinin meyitini də aparmırlar"

Qətibə Əsədova: "Bir kişi üç gün can verdi, yaxınlarına zəng edib xəbər versək də, gəlmədilər, axırda özümüz götürüb apardıq"


"Qocalar evi" deyəndə, istər-istəməz, göz önündə atılmış, tərk edilmiş qocaların yaşadığı məkan canlanır. Belə bir məkan Bakıda, mərkəzdən bir qədər kənarda yerləşən Bilgəh qəsəbəsində də var. Burada paytaxtdan, həmçinin Azərbaycanın bütün bölgələrindən gələn tərk edilmiş qocalar yaşayır. Dövlətin onların bütün ehtiyaclarını təmin etməsinə baxmayaraq, oranın sakinlərinin hər birinin üzündə kədər, hüzn var.

Bu günlərdə Sputnik Azərbaycan-ın əməkdaşı Bilgəh qəsəbəsindəki həmin qocalar evində, daha dəqiq desək, "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi"ndə olub, müəssisənin rəhbəri Qətibə Əsədova ilə söhbət edib.



Qətibə Əsədova

- Qətibə xanım, hazırda müəssisədə nə qədər qoca yaşayır?

- Mən bura gələndə müəssisədə 120 nəfər qoca yaşayırdı. Şərait o qədər də qənaətbəxş deyildi. Sonradan burada 5 mərtəbəli bina inşa edilərək, qocaların ixtiyarına verildi. Qocalar evi iki hissədən ibarətdir. Hazırda burada dövlət təminatında 218 nəfər qoca yaşayır. Onların geyimi, yeməyi, müalicəsi, bütün lazım olanlar dövlət tərəfindən ödənilir. Onlar özləri də pensiya alırlar və aldıqları pensiyaları özlərində qalır, istədikləri kimi xərcləyirlər. Başqa ölkələrlə müqayisədə Azərbaycanda qocaların pensiyaları özlərində tam olaraq qalır. Digər ölkələrdə bu vəsaitin müəyyən miqdarı onlardan alınır.

- Qocalar bu müəssisəyə hansı şərtlərlə qəbul edilir?

- Qocalara evinə, əsasən, heç kimi - övladı, yaxınları olmayan şəxslər yerləşdirilməlidir. Ancaq bu qocalar evində təkcə kimsəsiz qocalar deyil, həyat yoldaşı, övladları tərəfindən imtina edilmiş qocalar da yaşayır. Qocalar evinə gəlmək istəyən hər bir kəs öz bölgəsi üzrə sosial müdafiə fonduna müraciət etməlidir. Fond özü vətəndaş haqqında məlumatlar əldə edəndən sonra müəssisəmizə göndərir.

- Qocaların yaxınları, övladları onları yoluxmağa gəlirmi?

- İndi övladlarda valideyn sevgisi çox azdır. Övladlar unudurlar ki, bu ana onu 9 ay bətnində daşıyıb, ona süd verib, qucağında saxlayıb, onu yuxusuz gecələrinin hesabına böyüdüb. Övladlar ana-ataları ilə kənar insanlar kimi rəftar edərək evdən çıxarırlar. Gəlin deyir, "evim dardır, uşağım var, mən rahatlıq istəyirəm", oğul deyir da anaya deyir ki, "gəlin səni istəmir, ya sən çıxmalısan, ya mən". Nəticədə valideynlərini gətirib qocalar evinə qoyurlar. Eləsi də var ki, bir övladı olur və həmin övlad rəhmətə gedəndən sonra bura üz tutur.

Düzdür, bizim mentalitetdə ata-ananı qovmaq yaxşı qarşılanmır. Amma nədənsə son zamanlar bu kimi hallar artır. Əlbəttə, bu yaxşı hal deyil. Həftənin bazar günləri bizdə görüş günləri olur. Ancaq nadir hallarda qocaların övladları onları yoluxmağa gəlir.

- Telefonla olsa belə, əlaqə saxlamırlar?

- Qocaların əksəriyyəti bura rayonlardan gəliblər. Qocaları bura gətirən zaman övladları gələcək hadisələrdən xəbər tutmaq üçün telefon nömrələri qoyurlar. Hansısa hadisə baş verdiyində, biz zəng edib onlara xəbər veririk. Yarım saata cavab verəcəklərini deyirlər. Ancaq nə qədər gözləsək də, onlardan bir xəbər çıxmır. Məcbur qalıb, özümüz onları dəfn edirik. Gəlib valideynlərinin meyitini belə, aparmırlar. Dövlətin təminatında olduğu üçün biz dövlət hesabına dəfn edirik.

Bu yaxınlarda bir kişi üç gün can verdi. Yaxınlarına zəng edib xəbər versək də, gəlmədilər. Axırda gördük ki, vəziyyəti pisdir, özümüz götürüb apardıq.

- Heç öləndən sonra belə, maraqlanmırlar?

- Çoxunun yaxını, qohumu gəlmir, rəhmətə gedəndə biz dəfn edirik. Ancaq üstündən bir müddət keçəndən sonra gəlirlər ki, "biz yaxınımızın məzarını ziyarət etmək istəyirik". Biz dəfn etdiyimiz qocaların məzarının üstünə adlarını yazmırıq. Sadəcə adlarını kağıza yazıb, şüşə qabda məzarlarının yanına qoyuruq. Dəfn işləri ilə məşğul olan işçimiz onları aparıb axtardıqları şəxsin məzarını göstərir. Sağlığında qiymət vermədikləri insanların məzarına gedib ziyarət edirlər...

İnsan öz ata-anasını atmaz. Hər kəs nə vaxtsa buna görə cavab verəcək. Atılmış valideynlər özlərini xoşbəxt hiss etmir.

- Qocalar evinin sakinləri ilə nə kimi problemlər yaşayırsınız?

- Onların evlərindən çıxarılıb bura gətirilmələri elə böyük problemdir. Qocalar çox aqressiv və çox inamsızdırlar. Onları müşahidə edəndə görürəm ki, günahın 50 faizi övladlarında olsa da, digər 50 faizi özlərindədir. Qocalar yola verməyi bacarsaydılar, evlərində öz övladlarını yola verərdilər. Günümüzün 2-3 saatı xoşagəlməyən söhbətlərlə keçir. Yeni gələndə çox aqressiv olurlar. Onlar bu mühitə adaptasiya olana qədər zaman keçir, nisbətən bir az düzəlirlər. Qocalar 2-3 aya bir-birlərinə uyğunlaşa bilirlər.

Onlar səhv etsələr də, deyirəm ki, elə siz deyəndir. Mən alışıram onlara, onlar deyəni dəstəkləyirəm. Elələri də var ki, dözülməz dərəcədə kaprizləri olur, mülayimliyi, şirin dili sevirlər. Gərək səhv də desələr, onlarla razılaşasan. Bir müddət sonra vəziyyəti başa salanda isə başa düşürlər. Mənə elə gəlir ki, onlar məni sevirlər. Aralarında 90 yaşlı olanı var ki, mənə "ana" deyir...

- Bəs qocaların yaxınları ilə necə, problemlər yaşayırsınızmı? Məsələn, mal-mülk iddiaları olurmu?

- Əvvəllər belə problemlər çox yaşamışıq. Ancaq indi çalışırıq ki, qocaları bura götürəndə nələri varsa, siyahıya alaq. Məsələn, ötən günlərdə Masallıdan bir nəfər götürdük, nəyi vardısa, yazdıq. Ancaq başqa ciddi problemlərlə qarşılaşmırıq. İndi qocalar evində yaşayanların çoxu ziyalılardır.

- Müəssisəni tərk edib, ailəsinin yanına qayıdan olurmu?

- Bir neçə il öncə mən də qocaların evlərinə qayıtması, ailələri ilə yaşaması üçün çalışdım. Bir neçəsini qaytardım. Aradan 3-4 gün keçdikdən sonra, zəng elədilər ki, "məni burda öldürürlər, məni qarşılayın, qayıdıram". Biz çalışırıq ki, qocalarımız öz yaxınları ilə yaşasın. Ancaq gedib, qayıdırlar.

Bir Dilarə xanımımız var, iki oğlu var. Oğlanları gəlib onu apardı, ancaq qadın iflic olub geri qayıtdı. Danışırdı ki, gəlin ona gün verməyib. İddia edirdi ki, gəlini ona televizora baxmağa icazə vermirmiş, hamamda isti sudan istifadə etməyə imkan yaratmırmış.

- Burada qocaların asudə vaxtı necə planlaşdırılır?

- Bizim qocalar evində müxtəlif peşə sahibləri: rəssam, ingilis dili müəllimi, şairlər var. Son zamanlar qocalarımızı "ASAN xidmət"ə yönləndirmişik. Qocalarımız könüllü olaraq gedib gün ərzində bir neçə saat orada çalışırlar. Vaxtilə bağça müəllimi olmuş, həmçinin rusdilli qocalarımız orada rahatlıqla çalışırlar. Hər gün səhər gedib, günorta qayıdırlar. Bu, çox gözəl bir işdir. Bu iş qocaları yenidən həyata qaytarır. Onlara yaşamağa stimul verir.

Qocalar evi Sabunçu rayonunun ərazisində olduğu üçün bütün tədbirlərə qatılırıq. Leyla xanım Əliyeva bizim qocalar evinə avtobus verib. Həmin avtobusla qocalarımızı müxtəlif tədbirlərə, ekskursiyalara aparırıq.

- Əvvəllər qocalar evinə QHT-lər, ayrı-ayrı şəxslər yardımlar edirdilər. İndi bu vəziyyət necədir?

- Çox zəifdir. Bura gəlmək o qədər çətindir ki, Bilgəhə gələnə qədər adamın bir günü gedir. İstəyərəm ki, gəlsinlər. Bu da bir köməkdir. Nazirlik belə bir qayda tətbiq edib ki, kim yemək-geyim və s. digər vəsaitlər gətirsə, qeyd edin və xəbərdarlıq edin. Əlbəttə, biz də bu barədə xəbərdarlıq edirik. Ancaq gələn olmur.

Nadir hallarda olur ki, kimsə halva çalıb gətirir. Təşkilatlar gəlmək istədikdə isə, mən bu barədə nazirliyə xəbərdarlıq edirəm. Mən də istərdim ki, qocalarımız xatırlansın. Bu da bir köməklikdir.
//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 620 24.11.18 11:49