500 illik yaşı olan unikal Dərvişlər karvansarayı abidəsi dağılmaq təhlükəsindədir.
Bu barədə şaman Tərlan Manafov məlumat verib.
Şaman bildirib ki, məbəd Qobustan qəsəbəsində, dağlarda yerləşir.
Ətrafında daş karxanaları və zibilxanalar olan bu nadir abidə ilə heç kim maraqlanmır, tarixi irsimizə sahib çıxılmır.
Dərvişlər karvansarayı Şah İsmayıl Səfəvinin əmri ilə tikilib. Abidənin divarlarında sufiliyə dair məlumatlar həkk olunub.
Həyəcan təbili çalan şaman ümid edir ki, bu abidənin təmir-bərpa işlərini həyata keçirmək istəyən memar və biznesmenlər tapılacaq.