"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov vəfat edib.
Bu barədə "Ölkə.Az"a mərhumun yaxınları məlumat verib.
Məlumata görə, Mübariz Mədətov gecə saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, Mübariz Mədətovun oğlu Xalid Mədətov 2014-cü ildə sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobillə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.
Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.