Aktyorun döydüyü məktəb direktoru ilk dəfə danışdı - VİDEO
Aktyor Rza Rzayevin noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona ağır bədən xəsarətləri yetirməsi barədə xəbər vermişdik.
R.Rzayev hadisənin söyüşə görə baş verdiyini, elə də böyük dava olmadığını söyləyib.
Ötən gün gənc müəllim Həbib Əlizadə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan direktora baş çəkərək oradan canlı yayım edib.
Tural Mirzəliyev hadisə barədə danışmadan onu dəstəkləyən, xəstəxanada ziyarət edən insanlara təşəkkür edib.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!