Bu gün Masazır qəsəbəsinin sakinlərinə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq.
Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan Masazır qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 23-24 noyabr 2018-ci il tarixlərində günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.