Noyabrın 23-də, gün ərzində Şirvan şəhərində içməli suyun verilişi məhdudlaşdırılacaq.
Bu barədə oxu.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilir ki, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Şirvan şəhərinin bir hissəsinə (Təzə şəhər və bağ massivi ərazilərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.