Abşeron rayonunun bəzi hissələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabr 2018-ci il tarixindən 23 noyabr 2018-ci il tarixinə qədər kəndin bəzi ərazilərində qısa müddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.