Jurnalist Elşad Mətləboğlu mağazadan aldığı şirniyyatı açarkən xoşagəlməz mənzərə ilə qarşılaşıb.
O, bu barədə “facebook” səhifəsində yazıb.
E.Mətləboğlu bildirib ki, paytaxtın Hövsan qəsəbəsində yerləşən “Ballı Market”dən aldığı məhsulun saxlama müddəti başa çatmasa da, keks kiflənmiş olub: “Bu şirniyyatı uşaq üçün alınıb. Alarkən tarixinə baxılıb, amma açanda bu mənzərəylə rastlaşdıq. Kiflənmiş şirniyyat zəhərlənmə verə bilərdi. Valideynlər çox diqqətli olun”.
Məsələ ilə bağlı “Ballı Market”in mövqeyini öyrənməyə çalışacağıq.
//bizimyol.info