Azərbaycanda Yeni il bayramında beş gün qeyri-iş günü olacaq.
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2019-cu ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı ilə əlaqədar iş olmayacaq.
Bundan əlavə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir. Bu səbəbdən ölkədə dekabrın 29-dan yanvarın 2-si də daxil olmaqla, ardıcıl beş gün iş olmayacaq.
Yanvarın 3-ü, cümə axşamı Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.