DGK sədri: İl ərzində bir tondan çox narkotik dövriyyədən çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

DGK sədri: İl ərzində bir tondan çox narkotik dövriyyədən çıxarılıb

2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyasında deyib.

O bildirib ki, qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub:

“Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub, müasir texnika və avadanlıqlarla təchiz edilib.

Cari il ərzində gömrük orqanları tərəfindən 18 mart 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin oxlarının içərisindən 50 kq 800 qr heroin, 23 aprel 2018-ci il tarixdə Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqu hissəsindən 104 kq 530 qr heroin, 23 may 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqusundakı odadavamlı plitələrin arasında gizlədilmiş 500 kq 635 qr heroin aşkarlanıb”.

DGK sədri qeyd edib ki, bundan əlavə, 2018-ci il iyulun 5-də Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası nəticəsində qoşquda gizlədilmiş 256 kq 365 qr heroin aşkar edilib:

“İyulun 23-də Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası və “buster” cihazının tətbiqi nəticəsində qoşqunun təkərləri arasında oxların içərisində gizlədilmiş 48 kq 430 qr tiryək, 1 sentyabr 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobili rentgen qurğusundan keçərkən avtomobilin dartıcısının tavan hissəsində gizlədilmiş 41 kq 400 qr. tiryək, 7 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində yük avtomobilində gizlədilmiş 105 kq heroin aşkar edilib”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 931 19.11.18 13:19