Səyahət sığortası etdirməyə dəyərmi? - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Səyahət sığortası etdirməyə dəyərmi? - ŞƏRH

Xaricə səfərə hazırlaşırsınız? Belə olan halda ilk iş sığorta olunmaqdır. Və əgər uzun müddətə turist kimi səfərə çıxmağa hazırlaşırsınızsa, bu, xüsusilə vacibdir.

Avropa İttifaqı ölkələrinə, ABŞ və Kanadaya səfər edərkən səyahət sığortası etdirmək mütləqdir. Digər hallarda isə turistlər sığortadan imtina edərək, öz istirahətlərini və səhhətlərini təhlükə altına atırlar. Xaricdə tibbi xidmətlər çox bahadır. Məsələn, adicə yaranı yudurtmaq və ya təcili tibbi yardım çağırmaq üçün xeyli pul ödəmək lazım gəlir.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovun dediyinə görə, turizm firmalarından səyahət paketi alan Azərbaycan vətəndaşları səyahət sığortası tələb etməlidirlər.

“Azərbaycan qanunvericiliyinə əsasən, səyahət sığortası məcburi deyil. Bu, müştərinin öz seçimidir. Hər səyahət agentliyi mütləq sığorta təklif edir, üstəlik, bu o qədər də baha deyil, bir həftəlik tur üçün cəmi 10 dollar”, - deyə Oxu.Az-ın müsahibi deyir.

AzTA rəhbəri bildirib ki, ölkədaxili turizm paketlərində də səyahət sığortası könüllü əsaslarla həyata keçirilir.

N.Bağırovun sözlərinə görə, səyahət sığortası məcburi olsa, bu, ilk növbədə turistlərin özlərinə faydalı olar. Ekspert son zamanlar Azərbaycanda səyahət sığortası etdirənlərin sayında artım müşahidə olunduğunu qeyd edib.

“Əvvəllər bir çoxları səyahət sığortası təklifini rədd edirdi. İndi turistlərin yarısı sığortasız səyahət etmək istəmirlər. Bu, gözlənilməz xəstəlik zamanı böyük xərclərin çəkilməsinin qarşısını almaq üçün yaxşı vasitədir”,- deyə AzTA sədri bildirib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 793 19.11.18 11:30