Median.Az xəbər verir ki, noyabrın 16-da Nizami RPİ-nin əməkdaşları daxil olan məlumat əsasında məişət tullantıları atılan qutların birindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş “Makarov” və “Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.