Enerji içkilərin və elektron siqaretlərin vergiyə cəlb olunması məsələsi gündəmdədir.
Bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deputatların enerji içkiləri, tütün məmulatları və alkoqollu içkilərin aksiz vergisinə cəlb edilməsi ilə bağlı suallarını cavablandırarkən deyib.
O, eyni zamanda vurğulayıb ki, alkoqollu içkilərə minimum qiymətin tətbiq olunması məsələsi də müzakirə olunmaqdadır:
“Əksər enerji içkiləri 1 manatdan satılır. Onun içərisində elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır”.//oxu.az