DİQQƏT! Noyabrın 15-dən bu sürcülər haqqında elektron qərarlar qəbul ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

DİQQƏT! Noyabrın 15-dən bu sürcülər haqqında elektron qərarlar qəbul ediləcək

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə və sürücülərinə xəbərdarlıq edib.

İdarədən Trend-ə verilən məlumata görə, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabır ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmuşdur:

“Maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinin ətrafında yerləşən kənd və qəsəbələrə, eləcə də paytaxtda tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən ticarət obyektlərinə günün istənilən vaxtı gediş-gəliş üçün bir neçə marşrut müəyyənləşdirilmiş və cari il noyabr ayının 15-dən sonra həmin marşrutlardan kənara çıxaraq qaydaları pozan sürcülər haqqında elektron qərarların qəbul ediləcəyi barədə məlumat verilmişdir.

Bununla əlaqədar məhdudiyyətin tətbiq edildiyi müddət ərzində paytaxta daxil olan maksimum kütləsi 5 tondan artıq olmayan yük avtəmobilləri sahiblərindən və sürücülərindən xahiş olunur ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində maksimum kütlə göstəricisinin olub-olmamasına bir daha diqqət yetirsinlər, belə gösrəricilərin qeyd edilmədiyi təqdirdə yük avtomobillərinin girişini qadağan edən vaxt məhdudiyyəti tətbiq edilmiş yol nişanlarının təsir zonasına daxil olarkən inzibati məsuliyyətə cəlb edilməmələri üçün həmin avtomobilin daimi qeydiyyatda olduğu ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan bölümlərinə müraciət etsinlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 097 12.11.18 18:19