Bakıda polisə müraciət edən qadın oğlunun itkin düşdüyünü bildirib.
Median.Az publika.az-a istinadən xəbər verir ki, Dilbər Məhərrəmova (ad şərtidir) Yasamal rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, oğlu Elçin Məhərrəmov 5 noyabr tarixində itkin düşüb. Qadının sözlərinə görə, oğlunu sonuncu dəfə noyabrın 5-də saat 16:30 radələrində Mirəli Seyidov küçəsində "ART” hotelin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu "BMW” markalı avtomobili ilə birgə görüblər.
Müraciət əsasında araşdırma aparılır.