Hər gün yüzlərlə insan “8-ci kilometr” bazarından ət alır. Lakin onların əksəriyyəti səhər saat 05:00 radələrində bu ətlərin satış yerinə necə gətirildiyindən xəbərsizdir.
Minik avtomobilləri ət kəsimi yerinə yaxınlaşır və ətlər açıq halda avtomobildən birbaşa arabalara yüklənərək satış məntəqələrinə aparılır.
Bazara xüsusi şəraitdə gətirilməli olan ətlər antisanitar vəziyyətdə daşınır.
Bu yerlərdən hər gün yüzlərlə vətəndaşın ət aldığını nəzərə alsaq, nə qədər insanın sağlamlıq problemi ilə qarşılaşa biləcəyi qaçılmazdır.
Median.Az “Xəzər” TV-nin mövzu ilə əlaqədar hazırladığı reportajı təqdim edir: