Yasamal və Səbail rayonlarında içməli suyun verilişində fasilələr olacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verilib.
O bildirib ki, fasilələrə səbəb magistral xətlərdə təmir işlərinin aparılmasıdır:
“Magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar 10 noyabrda gün ərzində Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) içməli suyun verilməsində fasilələr yaranacaq”.