Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu artıq qüvvəyə minib.
Bunu oxu.az-açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş 25 manat olub:
“Hazırda dövlət rüsumu 18 manat deyil, 25 manat məbləğindədir”.
Xatırladaq ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb.