Azərbaycanın bu 6 şəhərinin Baş Planı hazırlanacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycanın bu 6 şəhərinin Baş Planı hazırlanacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın kiçik və orta şəhərlərinin baş planlarının hazırlanması üzərində işləyir.

Median.Az
xəbər verir ki, bunu Trend-ə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

D.Dövlətxanovun sözlərinə görə, həmin şəhərlərin sovet vaxtı hazırlanmış baş planları 90 faiz yenilənib və bu proses 2019-cu ildə başa çatacaq:

“Biz hazırda yerli təşkilatlarla müqavilələr imzalamışıq. Onlar respublikanın 6 şəhəri üzrə sənədlərin hazırlanmasına başlayıb. Bu şəhərlər Saatlı, Sabirabad, Kürdəmir, Daşkəsən, Şabran və Tərtərdir”.

Sədr müavini qeyd edib ki, hazırki sosial-iqtisadi vəziyyətdə dövlət ölkənin kiçik və orta şəhərlərində obyektlərin tikintisini qismən maliyyələşdirir:

“Dövlət investisiyaları sosial-mədəni sahəyə, tibb, təhsil, mədəniyyət və idman obyektlərinin tikintisinə yönəldir. Mənzil və digər obyektlərin tikintisinə özəl sektor investisiya qoyur. Bununla da dövlət özəl sektorun inkişafı üçün imkanlar yaradır”.

D.Dövlətxanov onu da əlavə edib ki, kiçik və orta şəhərlərin dinamik inkişafı da Bakı və digər iri şəhərlərin inkişafı kimi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 549 03.11.18 16:52