Daxili işlər orqanlarında yeni təyinat olub.
Median.Az-ın Report-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ağdamın polis rəisi Elçin Qasımov tutduğu vəzifədən azad edilərək Tərtər rayon Polis Şöbəsinin rəisi təyin edilib.