Hazırda sağ olan şəxs vəkili vasitəsilə ölmədiyini isbatlamağa çalışır
Azərbaycan Respublikasının vətəndaşı Hacıyev Rövşən Teymur oğlu etibarnamə almaq üçün dövlət qurumuna müraciət edib. Amma qurumdan ona ölmüş elan olunduğu bildirilib.
Belə ki, Nizami Rayon Məhkəməsi 2005-ci ildə həmin şəxsin ölmüş elan olunması ilə bağlı qətnamə çıxarıb. oxu.az-ın xəbərində bildirilir.
Hazırda R.Hacıyev vəkili vasitəsilə yaranan səhvi aradan qaldırmağa çalışır.
Nizami Rayon Məhkəməsinin bu qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləcək.