Bakının bu bazarında məhsullar antisanitar vəziyyətdə satılır – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Bakının bu bazarında məhsullar antisanitar vəziyyətdə satılır – VİDEO

Mal və qoyunun baş-ayağını natəmiz şəraitdə vətəndaşlara satırlar. Satılan malın sağlamlığına dair heç bir sənəd də yoxdur.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonunda yerləşən ''8-ci kilometr'' bazarından gedir.

Belə yerdən mal və qoyun baş-ayağını almaq istəyənlər ehtiyatlı olmalıdır. Çünki bazarda çəkiliş apardığımız zaman həmin məhsulun antisanitar vəziyyətdə satıldığının şahidi olduq. Baş-ayağın üzəri bağlanmadığından ətin üzərində milçəklər dövrə vurur.

Baş-ayaqların sağlam heyvana məxsus olduğunu bildirən baytarlıq sənədi də yoxdur. Üstəlik, baş-ayaq satarkən xüsusi forma geyinməli olan satıcılarda da bu geyimlərin şahidi olmadıq.

Məsələ ilə bağlı 21 saylı Qida Təhlükəsizliyi Nəzarəti məntəqəsindən bildirildi ki, satıcılar həmin məhsulların satışı ilə bağlı quruma sənəd təqdim etməlidirlər.

Yalnız bundan sonra satılan həmin məhsuldan nümunələr götürülərək baş-ayağın sağlam heyvana məxsus olduğunu bildirən baytarlıq sənədi ala bilərlər. Ancaq hazırda satıcılar bunu etmədiklərindən onlara baytarlıq sənədi verilməyib.

Ümumilikdə, bazar rəhbərliyinə tapşırılıb ki, istər baş-ayaq, istərsə də toyuq məhsullarının satışı üçün lazımi şərait, yəni soyuducular quraşdırılsın.

Bazar rəhbərliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, hazırda bazarda ət, toyuq və balıq məhsullarının satışı üçün soyuducular quraşdırılır. Proses başa çatdıqdan sonra baytar həkimə müraciət olunacaq və problem aradan qaldırılacaq.

Problemlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, bu istiqamətdə nəzarət-yoxlama tədbirləri davam etdirilir. Tövsiyə olunub ki, vətəndaşlar hansısa bir problemlə qarşılaşarlarsa, qurumun 1003 qaynar xəttinə müraciət etsinlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 312 30.10.18 14:31