Sumqayıt şəhəri H.Zeynalabdin Tağıyev qəsəbəsində gənc ana öz körpəsini öldürüb.
Median.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 22 yaşlı Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb.
Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Oğlandan ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə, anası - 56 yaşlı Nigar Salmanovanın təkidi ilə övladını öldürmək qərarına gəlib.
Sonradan onların bu çirkin əməlini qəbiristanlıqda nəzarətçi işləyən şəxs bilib. O, dərhal hadisə ilə bağlı ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat verib.
Fakt təsdiqini tapan kimi, körpə basdırıldığı yerdən çıxarılaraq ekspertiza üçün Sumqayıt şəhər morquna göndərilib.
Hazırda Səbinə İsmayılova saxlanılıb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.