“Mən fahişə olmuşam”. Nəfsinə qurban gedən gənc qızla açıq söhbət - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

“Mən fahişə olmuşam”. Nəfsinə qurban gedən gənc qızla açıq söhbət - VİDEO

Fazilə Həsənova (şərti) orta təhsilini rayonda alıb. Dediyinə görə, rayonda çox ağıllı, çalışqan qız olub. Universitetə qəbul olmaq isə əsas hədəflərindən biri olub. Universitetlərdən birinə qəbul olur və Bakıya gəlir. Dostları ona “Bakı səni çox dəyişəcək” deyir. Bunu söyləyənlərə isə Fazilə Həsənova “insanın öz ağlı varsa, mühit insanı dəyişməz” deyib.

Deyilənlər həqiqət olur və mühit Faziləni çox dəyişir. Ətrafındakı insanların pis yolda olması onu da bu yola sövq edir. Hər gün fərqli məkanlar, içki məclisi və s. İlk əvvəllər ona bu həyat çox xoş gəlir.

Müsahibimiz deyir ki, hətta bir gün harasa getməyəndə darıxırmış. Evdən universitet üçün göndərilən bütün pulları isə kef məclislərinə xərcləyirmiş.

O, deyir ki, gün ərzində ən azı dörd-beş nəfərlə görüşürmüş:

“Gündə üç-dörd kişi ilə görüşürdüm. 100, 300, 1000 manat arası pul qazanırdım. Bir manatını belə olsa, özümə xərcləmirdim”.

O, pula ehtiyacı olsa da heç vaxt ərəblərlə görüşmədiyini deyib:

“Ərəblər dəfələrlə görüşmək istədilər. Mən isə razılıq vermədim. 1000 manat təklif etsələr belə onlarla görüşmərəm, iyrənirəm”.

Fazilə Həsənovanın yanına gələnlərdən biri onun həyatını tamamilə dəyişib:

“Bir gün biri ilə görüşdüm. Həyatımın dönüş nöqtəsi o gündən sonra oldu. O, həkim idi. QİÇS xəstəliyinə yoluxduğumu dedi. Məni inandırdı. Həmin gündən həyat mənə dar gəldi. Özümə qapandım, heç yerə getmək istəmirdim. Ən əsası, tövbə etdim. Həmin adam biləndəki mən tövbə etmişəm, o sevindi və məndə bu xəstəliyin olmadığını, yalan söylədiyini dedi. İndi həmin insanla dostluğum davam edir. Ən sadiq insandır mənə”.

Fazilə Həsənova etdiyi səhvlərə görə çox peşmandır. Deyir ki, buna görə özünü bağışlamayacaq:

/oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 382 29.10.18 17:00