“Bunu görmədim” deyən sürücülər cərimələnəcək - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

“Bunu görmədim” deyən sürücülər cərimələnəcək - VİDEO

Əvvəl qayda pozarkən mütləq şəkildə elektron protokol ünvana göndərilirdi və müəyyən müddətdən sonra bu qayda pozuntusu barədə cərimə sistemə vurulurdu.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, bəzən bu məktubların ünvanlara çatdırılmasında problemlər yaranırdı.

Nəticədə bir çox cərimələr sistemə otursa da, qərarsız olurdu. Bunu görən Dövlət Yol Polisi bu qaydalara müəyyən dəyişiklik etmək qərarına gəlib. Artıq qayda pozuntuları barədə bildiriş SMS şəklində də sürücülərin telefonlarına göndəriləcək.

Bundan sonra yol hərəkəti qaydalarını pozan sürücülərin mobil telefon nömrələrinə yönəldilən SMS-lər, yaşayış ünvanına göndərilən məktubla eyni hüquqda tutulacaq. Bu, yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələrdə, radar və ya kameralarda qeydə alınan qayda pozuntularına şamil edilir.

Məsələ ilə bağlı danışan ekspert Elməddin Muradlı bildirib ki, qanun məktubla SMS-i eyni səviyyədə tutur:

“İnzibati Xətalar məcəlləsinin 125-ci maddəsinə əsasən SMS alan sürücü elə qəbul etməlidir ki, yaşadığı ünvana məktub gətirilib verildi. Qanun məktubla SMS-i eyni səviyyədə tutur. Mesajı oxuyub kənara qoymaq artıq düzgün deyil. Siz bu mesajı aldığınızda cəriməni ödəyə yaxud haqlı olduğunuz halda 20 gün müddətində cəriməyə etirazınızı bildirə bilərsiniz”.

Əgər elektron qərar qayda pozuntusundan bir neçə gün sonra göndərilirsə, gec göndərilmiş mesaja görə sürücü cavabdeh deyil. Bu, qanunvericiliyin yeni tələblərinə daxildir. Cərimələr gecikdirildiyi halda məbləğə hər gün bir faiz əlavə olunacaq.

E. Muradlının sözlərinə görə, 20 gündən sonrakı 5 gündə 10 faiz endirim olunur:

“Əlli manat qayda pozuntusunun 45 manatını ödəyirsiniz. Beş gün qanun sizə limit verir. Yəni 25 günə ödəsəniz, 10 faiz güzəşt ediləcək. Əlli gün müddətində cəriməni tam ödəməlisiniz. 52-ci gün artıq cərimənin üzərinə faiz gələcək”.

Yeni qaydalara əsasən sürücünün ASAN ödəniş sistemində elektron kabineti varsa, həmin kabinetə də bildiriş mesajı göndərilir. Cərimələri telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 072 27.10.18 13:33