Bu restoran və şadlıq sarayları bağlana bilər - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Bu restoran və şadlıq sarayları bağlana bilər - SİYAHI

"9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılacaq".

Median.Az report-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, Nazirlik tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan iaşə obyektlərinin sahiblərinə havaya buraxdıqları tüstü və qoxuya görə verilən vaxtdan artıq beş ay keçib:
"Bu proses may ayından başlayıb və bu günədək Bakı şəhərinin inzibati ərazisində və Abşeron rayonunda yerləşən 301 ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərdə Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb və atmosferə buraxılan zərərli qaz birləşmələrinin miqdarının yol verilən qatılıq həddindən dəfələrlə artıq olduğu müəyyən edilib ki, bu da havanın lokal xarakterli çirklənməsinə və əhalinin haqlı narazılığına səbəb olur.
Bununla bağlı Nazirlik tərəfindən obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılması məqsədilə müddətli “məcburi göstəriş”lər verilib. Xeyli vaxt keçməsinə baxmayaraq, bu günə yalnız 53 ictimai iaşə obyektində müasir qaz-toztutucu qurğular quraşdırılıb, 180 obyektdə quraşdırma işləri aparılır. Ötən 5 ay ərzində hər bir obyekt sahibi təmizləyici qurğu quraşdıra bilərdi. Lakin artıq bu müddət bitdiyi üçün 58 obyekt barəsində qanunamüvafiq tədbirlər görülüb, akt və protokol tərtib olunub, cərimə tətbiq edilib".
R.Bağırov bildirib ki, 9 obyektin fəaliyyətinin dayandırılması üçün isə məhkəmə orqanları qarşısında vəsadət qaldırılması məqsədilə sənədləşmə işləri aparılır: "Bunlar Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonunda “Tərlan”, “Wite Palace”, Nizami rayonunda “Milord”, “Xəmsə”, “Dan ulduzu”, Xətai rayonunda “Neapol”, Suraxanı rayonunda “Turan”, Sabunçu rayonunda “Arzu” ictimai iaşə obyektləridir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 550 26.10.18 16:54