Gözəllik salonu adı altında gizlənən ət sexinin ürək bulandıran görüntüləri – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

Gözəllik salonu adı altında gizlənən ət sexinin ürək bulandıran görüntüləri – VİDEO

Qida Təhlükəsizliyi Agentliyi Xətai rayonu Məhəmməd Hadi küçəsi 73 ünvanında dönər üçün nəzərdə tutulmuş ət emalı sexində qanunsuzluq aşkarlayıb.

Median.Az
-ın ARB TV-yə istinadən verdiyi xəbərə görə, reyd zamanı obyektin nə sanitar gigiyenik qaydalara cavab verməsi, nə də toyuq və digər ət məhsullarının mənşəyi məlum olub.

Qararalmış farş, çürüməkdə olan çəkilmiş toyuq və digər ət məhsulları...

Nizami Zeynalov – AQTA-nın Bakı şəhər idarəsinin sektor müdiri: "Özünü sahibkar kimi təqdim edən Qasımov Eldar Cavanşir oğlu müəssisədə heç bir zəruri sanitar-gigiyenik tələblərə uyğun olmadan mənşəyi məlum olmayan toyuq və mal ətini sümükdən ayıraraq ondan farş və kiçik hissələrdə ət məhsullarını dönər satışı məntəqələrinə paylayırdı”.

Qasımov Eldar Cavanşir oğluna məxsus sexdən laborator müayinələr üçün nümunələr götürüldü.

Əkbər Əliyev – AQTA-nın Bakı şəhər idarəsinin rəisi: "Hal-hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti dayandırılacaq. Tərəfimizdən möhürlənəcək, hüquqi qiymətin verilməsi üçün aidiyyatı orqanlara göndəriləcək”.

Ən maraqlısı isə obyektin adıdır. İşbazlar buranın gözəllik salonu olduğunu göstərən reklam lövhəsi ilə izi azdırmağa çalışıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 623 24.10.18 12:20