“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT

Bu gecədən yağan intensiv yağış paytaxt küçələrində bir çox problemlərə səbəb olub.

Median.Az xəbər verir ki, yolları su basıb, bəzi yollar çöküb. Problemlərdən biri də yollarda işıqforların işləməməsidir.

Vətəndaşların Baku.ws-ə verdiyi məlumatlara görə, paytaxtın bəzi yollarında “svetofor”ların normal işləməsində problemlər yaranıb. İşıqforda işıqların hər üçü yanır.

Belə halda sürücülər nə etməli?

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri, polis baş leytenantı Rüfət Quliyev Baku.ws vasitəsilə sürücülərə müraciət edib.

Qurum rəsmisi bildirdi ki, sürücülər son dərəcə diqqətli olmalıdır.

“Yolayrıcı keçmə qaydalarına əməl etməlidirlər. Əgər hansısa işıqfor işığı tez yanırsa, ona dərhal əməl edilməlidir. Əgər hansısa “svetofor”da nasazlıq yaranıbsa, bu barədə müvafiq qurumlara məlumat verilməlidir. Sürücülərə bir daha tövsiyyə edirik ki, son dərəcə diqqətli olsunlar”, - deyə Rüfət Quliyev bildirib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 136 17.10.18 16:55