Bir il əvvəl istifadəyə verilən yol çökdü – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |    

Bir il əvvəl istifadəyə verilən yol çökdü – FOTO

Ötən il əsaslı təmir olunaraq istismara verilən Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolunda problemlər yaranıb.

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat verilib. Bildirilib ki, yolda çatlar əmələ gəlib. Sonradan həmin çatlar doldurulub. Lakin hələ də avtomobillərin hərəkəti üçün çətinliklər yaranıb.

Məsələ ilə əlaqədar AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Baku.ws-ə açıqlamasında bildirdi ki, həmin yolda müəyyən hissələrdə problemlər yaranmışdı.

“Hazırda yolun dağılmasının səbəbləri araşdırılır. Ümumilikdə həmin yolda heç bir problem yox idi. Yol boyu heç bir problem yoxdur. Yalnız 3 kənd ərazisindən keçən hissədə problemlər yaranıb. Araşdırmalar aparılır. Yolun dağılma səbəbləri araşdırılrı”, - deyə Anar Nəcəfli bildirib.

Qeyd edək ki, bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.

Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib.

İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb. Yol cizgi xətləri çəkilib.

Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradıb. Yol ötən il istismara verilib.

BAKU.WS



















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 161 02.10.18 17:51